Hansı dilləri öyrənmək lazımdır? Gələcək həyatınızda sizə faydalı ola biləcək 5 dil

Əgər sən özünü yeni bir sahədə sınamaq, dünya görüşünü artırmaq və səyahət zamanı hərşeyin daha asan olmasına nail olmaq istəyirsənsə, yeni dil öyrənmək səmərəli fəaliyyət növü hesab oluna bilər. Sən çox güman ki, öyrənmək üçün dünyanın əsas dilləri olan Çin, İngilis, İspan və ya Ərəb dilindən birini seçəcəksən, çünki dünyada çoxsaylı insan bu dillərdə danışır. Lakin bir çox ölkələrdə danışılan, lakin az tanınan dillər də mövcuddur. Bu dillər sənə yeni mədəniyyətlərlə tanış olmaqda kömək edə bilər. Bu dillər sənin gələcək həyatında faydalı ola bilər, çünki onlardan inkişaf edən bazara sahib olan ölkələrdə istifadə olunur.  Çalışdığın şirkətin yeni böyük müştərisinin dilində danışa bilmək gələcək karyeranda uğur qazanmağına kömək edə bilər.  Səyahət edərkən yerli insanlarla söhbət zamanı, danışıq dilini bilməyin necə əhəmiyyətli olduğunu qeyd etməyə ehtiyac yoxdur.

Növbəti dəfə dil öyrənərkən nəzərə almalı olduğun 5 dil.

1. Polyak dili

Polyak dili sənin fikirləşdiyindən daha geniş yayılıb. Polşada 38.6 milyon insan bu dildə danışır. Həmçinin bu dil Litva, Belarusiya, Çexiya, Ruminiya və Ukrayna kimi ölkələrdə ikinci dil kimi işlənir. Keçən on illikdəki miqrasiya nəticəsində Polyak dili İrlandiya və İngiltərənin ikinci dilinə çevrilməyə başlayıb.

İlk vaxtlar polyak dilini öyrənmək sənə çətin gələ bilər, lakin Polyak dili Şərqi Avropa ölkələrində yayılmış bir çox dilin öyrənilməsini sənin üçün asanlaşdıracaq. Polyak dilini mükəmməl öyrəndikdən sonra o biri dilləri qavramaq sənin üçün elə də çətin olmayacaq.

2. Portuqal dili

Əgər sən futbol azərkeşisənsə, Portuqaliyanın Avropa Çempionlar Kubokunda hökmranlıq etdiyi bir dövrdə niyə də Portuqal dilini öyrənməyəsən?!  Lakin bu, latın mənşəli dili öyrənmək üçün tək səbəb deyil. Portuqaliyanın əhalisinin sayının 10.3 milyondan az olmasına baxmayaraq, 1500-cü illərdə kaloniyaların genişlənməsi nəticəsində dünyadakı bir çox insan bu dildə danışır.

Portuqal dili, bu il Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Braziliyada istifadə olunan əsas dildir. Keçən illər ərzində bu ölkədə bazar inkişaf edir. Portuqaliya dünyanının inkişaf etmiş ölkələrindən biri olmaq üzrədir. Ümumilikdə, dünyada portuqal dilində danışan insanların sayı 202 milyona yaxındır. Bu rəqəmə Portuqaliya, Braziliya, Anqola və Mozambik kimi Afrika ölkələrindəki bu dildə danışan insanlar da daxildir.

3. Indoneziya dili

İndoneziya dili, 260 milyon əhalisi olan və Cənub-şərqi Asiyada ən geniş iqtisadiyyata sahib  İndoneziyanın milli dilidir.  İndoneziyada əksər insanların ingilis dilini yaxşı səviyyədə bilmələrinə baxmayaraq, onların öz dilini bilmək, sənə səyahət edərkən və ya bu ölkə ilə iş əlaqələri qurarkən faydalı ola bilər. İndoneziya dünyada ən böyük 10-cu iqtisadiyyata sahibdir və əgər dünyanın həmin hissəsində iş əlaqələri qurduğun şəxslər varsa, onda bu dili öyrənməyə dəyər.

4. Türk dili

Türk dili geniş ərazilərdə istifadə olunan digər bir dildir. Dünyada 75 milyondan artıq insan bu dildən birinci dil kimi istifadə edir. Həmçinin bu dil Almaniyada ikinci dil kimi qəbul olunur. Bunu səbəbi  Türkiyənin təkcə Avropa ilə Asiya və Yaxın Şərqi birləşdirən əlverişli coğrafi mövqedə yerləşməsi deyil, həm də Osmanlı imperiyasının yüz illərlə geniş ərazilərdə mövcud olmasıdır. Bütün bunlar türk dilinin tarixi baxımdan zəngin dil olmasın səbəb olub. Türk dilinin Balkanlarda və keçmiş Sovet ittifaqı ölkələrində istifadə olunan dillərlə əlaqəsi var.

5. Svahili dili

Əgər kimsə Afrika ölkələrində istifadə olunan dillərdən birini öyrənmək istəyirsə, çox güman ki, o, Svahili dilini seçəcək.  Bu dil Keniya və Tanzaniyanın milli dilidir, Şərqi və Mərkəzi Afrika ölkələrində də geniş istifadə olunur.  Svahili dilindən həmçinin Ruanda, Zambiya, Mozambik və Burundi kimi ölkələrdə istifadə olunur.  Bu dilə bir çox digər dillərdən, xüsusilə, Ərəb və İngilis dillərindən müxtəlif sözlər keçib, bu dili öyrənən zaman sən çox sayda tanış sözlərlə qarşılaşacaqsan.

Boş vaxtlarınızda yeni dil öyrənmək üçün çoxsaylı səbəblər var. Sadaladığımız dillər tamamilə fərqli dillərdir və bu dilləri öyrənmək sənə yeni mədəniyyətləri kəşf etməkdə, iş əlaqələri qurmaqda, macəralar yaşamaqda kömək edə bilər.  Nelson Mandela dediyi kimi: “İnsanla başa düşdüyü dildə danışanda, sən onun beyni ilə danışırsan. Öz dilində danışanda, sən onun ürəyi ilə danışırsan.”

Leave a comment