Yanlış edilmiş tərcümələrə ən məşhur nümünələr

Tərcümədə cümlənin səhv ifadə olunması- yanlış tərcümə etmənin ən yaxşı nümunələrindəndir

Biznesin, siyasətin- ümumilikdə həyatın ən vacib hissələrindən biri təsirli ünsiyyətdir. Əlbəttə ki, sizinlə eyni dildə danışmayan biri ilə ünsiyyətdə olmaq çətin ola bilər, lakin bu zaman sizin köməyinizə “Vision” tərcümə mərkəzi kimi peşəkar və təcrübəli tərcümə agentlikləri gəlir.

Halbuki, tarix, dilin müəyyən bir hissəsindən anlayışı olan tərcüməçilərin xidmətindən istifadə etmiş şəxslərin və təşkilatların düçar olduqları uğursuzluqlarla doludur. Aşağıda yanlış tərcüməyə aid  bəzi ən məşhur nümunələr verilib.

 Jimmy Carterin Polşaya uyğunsuz təklifi

1977-ci ildə Polşaya rəsmi səfəri zamanı ABŞ prezidenti Jimmy Carter, Polşa xalqının həm siyasi, həm də iqtisadi cəhətdən gələcəklə bağlı arzuları barədə daha çox məlumat almaq istədiyini bildirmişdi. Bədbəxtlikdən, onun polşalı, dilçi, frilans tərcüməçisi Steven Seymour bu sözləri, onun xalqın cinsi arzularını öyrənmək istəməsi kimi tərcümə etmişdi.

Hələ bu azmış kimi, Seymour Carter`in Amerikaya geri dönmək barədə dediklərini onun Amerikanı həmişəlik tərk etməsi kimi tərcümə etmişdi. Ən pisi isə o idiki, insanların böyük əksəriyyətinin Rusiyaya qarşı olduğu bir ölkədə tərcümə zamanı Seymour çoxlu sayda rus sözləri istifadə etmişdir.

Dil sürüşməsi?

Söhbət marketinqdən getdikdə, şüar və ya sloqan sənin markanın əsas dəyərlərinin başa düşülməsi üçün aparıcı rol oynaya bilər. Siz də HSBC banklar qrupu kimi qlobal bazarda fəaliyyət göstərirsinizsə, sloqanlarınızın düzgün tərcümə edildiyinə əmin olmağınız vacibdir.

2009-cu ildə, HSBC  sloqanının bir çox dillərə yanlış tərcümə olunmasından sonra, öz imicini yenidən bərpa etmək üçün 10 milyon dollar pul xərcləyib.

 Rolların yerdəyişməsi

Bəzən yanlış tərcümələr adi utanc hissindən daha çox xalqın mədəniyyəti üzərində qalıcı təsirə səbəb ola bilər.

1950-ci illərdə, Yaponiyada şokolad istehsal edən şirkət cütlükləri Sevgililər gününü qeyd etmək üçün cəsarətləndirməyə başladı, ancaq digər bir şirkət tərəfindən edilmiş yanlış tərcümə bu ideyanın qadınların kişilərə şokolad alması kimi başa düşülməsinə səbəb oldu. Bu vərdiş bu günə kimi davam edir, indi qadınlar də hər il fevralın 14-ü öz sevgililərinə şokolad alırlar.

Biz sülh üçün gəlirik

İtalyan astronomu Giovanni Schiaparelli`dən bəri Marslılar və ya nə vaxtsa Marsda həyat olması ilə bağlı fikirlər daim elmi fantastikanın ümumi mövzusu olmuşdur.

1877-ci ildə Schiaparelli Mars səthində kanalların olduğunu kəşf etmişdir. Bildiyimiz kimi kanallar süni olaraq insan tərəfindən yaradılır. Onda biz bunu nə vaxtsa marsda həyat olmasının sübutu kimi qəbul edə bilərikmi? Yanlış tərcümə əsasında yaranmasına baxmayaraq bu fikir, bir çox bədii əsərlərin yaranması üçün ilham mənbəyi olmuşdur. İtalyan dilindəki “canali” sözü bir çox dillərə insan tərəfindən yaradılmış kanal kimi tərcümə olunmuşdur. Əslində isə “Canali” təbii şəkildə mövcud olan çuxur və ya məcra kimi tərcümə olunmalı idi.

 Yanlış edilmiş tərcümə 250,000 İnsanın ölümünə səbəb olub

Yaponiyanın təslim olmadığı və saysız hesabsız əsgərin həyatını itirdiyi münaqişə zamanı ABŞ-ın atom bombasından istifadə etməsinin düzgün olub-olmaması barədə müzakirələr tez-tez mübahisələrə səbəb olur.

Hətta ABŞ Yaponiyanın təslim olması, əgər təslim olmazsa tamamilə məhv olunacağı barədə Potsdam Bəyannaməsini nəşr etdirdikdən sonra da Yaponiya geri çəkilməmişdir. Ən azından amerikalılar belə fikirləşir.

Potsdam Bəyannaməsinə cavab verməsi üçün göstərilən təzyiqlərin ardından, Yaponiyanın baş naziri Kantaro Suzuki mətbuat konfransı çağırdı və bildirdi: “Şərhsiz.  Biz hələ bu haqda fikirləşirik.” Onun “Şərhsiz” sözünü ifadə etmək üçün istifadə etdiyi söz yapon dilində “mokusatsu”dur. Bu sözün həmçinin “məhəl qoymamaq” mənası da var. Tərcümə zamanı onun fikri “Biz bəyannaməyə məhəl qoymuruq” kimi tərcümə olunmuşdur.

Əgər Suzuki öz fikrini daha aydın ifadə etsəydi, bəlkə də tarixin ən qaranlıq səhifələrindən biri heç vaxt yaşanmayacaqdı.

Leave a comment