Bloq

  • 13.04.2017

DİLİNİZDƏ MÖVCUD OLMAYAN SÖZÜ NECƏ TƏRCÜMƏ ETMƏK OLAR?

Bugün mən hədəf dildə tam dəqiq ekvivalenti olmayan sözlərin tərcüməsi zamanı ortaya çıxan problemlərin bəzi həll yollarını təqdim etmək istərdim.

Bu problemin öhdəsindən gəlmək üçün üç əsas üsul var:

  • 1. Verilmiş sözü daha ümumi mənalı sözlə əvəz etmək.
  • 2. Təsviri üsuldan istifadə edərək tərcümə etmək.
  • 3. Sözü hədəf dildə sözə yaxın mənada olan sözlə uyğunlaşdırmaq.

Təsəvvür edək ki, siz rickshaw (şəkildə göstərilib) sözünü tərcümə etməlisiniz və hədəf dil daşıyıcılarının mədəniyyətində bu obyekt mövcud olmadığına görə onun dəqiq ekvivalentini tapmaq mümkün deyil. Göstərdiyim üsullara əsasən biz bu problemi üç yolla həll edə bilərik:

  • “Rickshaw” sözünü siz nəqliyyat vasitəsi kimi tərcümə edə bilərsiniz, çünki bu söz sizin bir yerdən digərinə getməyinizə xidmət edən bütün nəqliyyat vasitələrinin ümumi kateqoriyasını əhatə edir.
    • Müsbət cəhəti: Bu sizə demək olar ki, bütün sözləri tərcümə etməyə imkan verir.
    • Mənfi cəhəti: Tərcümə ümumi ola və dili səlis olmaya bilər.
  • “Rickshaw”ın necə düzəldiyini izah edərək, onun komponentlərini təsvir edə bilərsiniz.  Bu yolla siz oxucuda əşyanın dəqiq təsəvvürünü yarada bilərsiniz.
    • Müsbət cəhəti: Təsvir tam doğru şəkildə olacaq.
    • Mənfi cəhətləri: Sizin daha çox söz istifadə edəcəksiniz və tərcümə olunmuş mətnin həcmi daha artıq olacaq.
  • Üçüncü üsuldan istifadə edərək siz, tərcümə olunmalı sözü hədəf dil daşıyıcılarının mədəniyyətinə uyğun, onlar tərəfindən asanlıqla başa düşüləcək bir sözlə əvəz edə bilərsiniz. Məsələn deyə bilərsiniz ki, “rickshaw” velosipedin insanları daşımaq üçün istifadə olunan bir növüdür, çünki velosiped sözü oxucuya daha çox tanışdır.
    • Müsbət cəhəti: bu bizim təbii olaraq etdiyimiz bir şeydir, buna görə də kifayət qədər asandır.
    • Mənfi cəhətləri: Tərcümə 100% dəqiq olmaya bilər, çünki bura əlavə sözlər də daxil edilmişdir.

Bu üsul tərcümədən daha çox digər sahələrdə, xüsusilə də informasiya texnologiyaları və psixologiya sahələrində istifadə olunur.

Bundan əlavə bu tərcümə üsulu olmaqla yanaşı, iki dil arasındakı fərqləri tarazlaşdırmağa və bir mədəniyyəti digər mədəniyyətə sahib olan insanlar üçün başa düşülən etməyə çalışan tərcüməçilərin əqli məşqi üçün çox faydalıdır.

Sonda bildirmək istəyirəm ki, tərcümənin əsas məqsədi oxucunun mətni 100% anlamasını təmin etmək olduğu üçün tərcüməçinin orijinala 100% sadiq qalması mümkün olmaya bilər.