Bloq

  • 06.09.2017

Peşəkar tərcüməçi Laura Lucardini ilə müsahibə!

Bu həftənin əvvəli mən bizim ən çox inandığımız və dəyər verdiyimiz tərcüməçilərdən biri ilə həm 14 yaşlı uşağın anası, həm də tələbkar müştərilərin sifarişlərini yüksək keyfiyyətlə yerinə yetirən tərcüməçi olmağın öhdəsindən necə gəldiyi barədə söhbət etmək üçün görüşdüm.

Laura İtaliyada tərcümə üzrə təhsil alıb, bundan sonra bir çox şirkətlərdə işləyib, o, əsasən xarici müştərilər ilə məşğul olurdu. Onun hər zaman dilə xüsusi marağı olub, buna görə də o, 14 il bundan əvvəl həyat yoldaşı ilə tanış olduqdan sonra ofisdəki işindən çıxmış və frilans tərcüməçi kimi işləməyə başlamışdı, bununla da həyat yoldaşı iş səyahətlərinə getdikdə, Laura da onunla gedə bilirdi.

Laura qızının dünyaya gəlməsinə bir neçə həftə qalana qədər işləməyə davam etdi və bundan sonra 1 illik məzuniyyət götürdü.

Lauradan frilans tərcüməçi olmağın sevdiyi cəhətlərini soruşduqda, o, ilk üçlükdə aşağıdakıları qeyd etdi:

  1. Mən öz zamanımı və işimi qızımın cədvəlinə uyğun olaraq idarə etməyi sevirəm.
  2. Mən insanların işdə olduğu vaxtlarda bazarlıq etməyi, iş az olan zamanlar dostlarımla kofe içməyi sevirəm.
  3. Son olaraq, mən öz sevdiyim işi görərək ailəmə maddi baxımdan kömək etməyi sevirəm.

Lakin, frilans tərcüməçi kimi işləmək hər zaman rahat olmaya bilər. Laura məzuniyyətdən sonra işləməyə qərar verdikdə, əvvəllər işlədiyi şirkətin fəaliyyətini dayandırdığını öyrəndi, bununla da o, hər şeyə yenidən başlamalı oldu.

Mən bir çox tərcümə mərkəzlərinə CV-mi göndərdim və vaxt getdikcə müştərilərin sayı artmağa başladı. İllər keçdikcə mənim işim genişlənirdi və indi mən demək olar ki, bütün günü işləyirəm.

Frilans tərcüməçi kimi fəaliyyətini davam etdirmək üçün Lauranın boş vaxtı çox olmalı və  öz bacarıqlarını davamlı olaraq inkişaf etdirməli idi.

Frilans tərcüməçi olmağın pis cəhətləri vaxtın qeyri-müəyyənliyi və hər zaman müştərini itirmək qorxusunun olmasıdır. Buna görə də mən nadir hallarda sifarişçiyə etiraz edirəm və bacardığımdan artıq iş götürürəm. İş yeri də həmçinin qeyri-müəyyəndir, buna görə də mən qızımın məktəbindəki hər tədbirdə iştirak edə bilmirəm, lakin bu qiymətli anları qaçırmamaq üçün əlimdən gələni edirəm. Bəzən elə olur ki, əvvəlcədən təyin etdiyim görüşləri son anda təxirə salıram. 

Dostları ilə görüşü təxirə salmaq problem olsa da, qızının məktəbində olan tədbirlərdə iştirak edə bilməmək Lauranı daha çox kədərləndirirdi. Lauradan qızına necə vaxt ayıra bildiyini soruşduqda o, mənə öz gündəlik qrafikini danışdı.

Mən səhər saat 6-da oyanıram. İlk öncə ev işlərini yoluna qoyuram və qızımı məktəbə getmək üçün hazırlayıram.

İş saatları qeyri-müəyyən olduğuna görə mən onu qızımın məktəb saatlarına uyğunlaşdıra bilmirəm. Elə vaxtlar olur ki, mən gecəyə qədər və ya həftə sonları da işləməli oluram. Məktəb tətilləri zamanı mən işi tamamilə buraxa bilmirəm, sadəcə daha az sifariş götürməyə çalışıram.

Qızım balaca olan zamanlar mən olunla oynamalı və onu əyləndirməli olurdum. İndi isə o, böyüyüb və mənim işləməli olduğumu başa düşür, mənim köməyim olmadan da dostlar tapa və onlarla oynaya bilir. Məktəb tətilləri zamanı mən səhər saatlarında işləmirəm və qızımla vaxt keçirirəm, günortadan sonra isə mən işlərimi yoluna qoyuram, qızım isə dostları ilə görüşür.

Tətil zamanı mən ancaq məndən başqa heç kimə etibar etməyən və ya başqa tərcüməçi seçimi olmayan sifarişçilərdən iş qəbul edirəm. Bir tərəfdən, müştərilərin səni belə qiymətləndirməsi və sənə etibar etməsi qürur vericidir, digər tərəfdən isə mən ailə üzvlərimlə birgə rahat vaxt keçirə bilmirəm. 

Elə vaxtlar olur ki, mən çağırıldığım qonaqlığa getməmişdən bir neçə dəqiqə əvvəl hansısa məqaləni  təcili tərcümə etməli oluram. Bəzən isə mən marketdə bazarlıq edərkən mənə zəng gəlir və mən bazarlığımı tamamlamamış, bir saat içində tərcümə olunmalı olan doğum şəhadətnaməsini tərcümə etmək üçün evə qaçıram.

Bütün bunlara baxmayaraq frilans tərcüməçi olmağın üstünlükləri daha çoxdur.

Mən öz işimi sevirəm və fikirləşirəm ki, ailəm də mənim sevdiyim işlə məşğul olmağımdan məmnundur. Mənim hər zaman müştərilərim və ya etdiyim qeyri-adi, maraqlı tərcümələr haqqında hekayələrim olur və qızım bu hekayələrə qulaq asmağı çox sevir.

Frilans tərcüməçi olmaq, xüsusilə, evdən işləmək mənə həm işləməyə, həm də qızımı böyütməyə imkan verir. Bu bəzən stresli olur, lakin valideynlik hissi sizə hər şeyi yoluna qoymaqda kömək edəcək.