Tərcümə işinə yeni başlayan həmkarlarımız tez-tez bizdən soruşurlar: “Müvəffəqiyyətli olmaq üçün nə etməliyəm?” Bunun cavabı asan deyil, biz adətən deyirik ki, bu suala cavab vermək istəsək bu bizim çox vaxtımızı alacaq. Bununla belə biz tez məlumat almaq istəyənlər üçün qısa, yaddaqalan məsləhətlər hazırlamışıq.
Bu siyahıdakı 60 tövsiyyə sizə faydalı olacaq hər şeyi əhatə etməsə də, biz hər bir tərcüməçi, dilmanc və linqvistlər üçün əhəmiyyətli olduğunu düşündüyümüz məsləhətlərin bəzisini bir yerə toplamaq istədik. Həmçinin qeyd etmək istərdik ki, siyahı əhəmiyyətlilik dərəcəsinə uyğun olaraq sıralanmayıb.
Bu məsləhətləri sizin işinizə göstərəcəyi təsirləri nəzərə alaraq oxuyun. İlk öncə unutmayın ki, kiçik biznesə başlamaq çətindir, əgər asan olsaydı bunu hamı edərdi.
- Müvəffəqiyyətin vahid sirri yoxdur, lakin çox işləmək və ağıllı qərarlar qəbul etmək onun əsas şərtidir.
- Qiymətdə rəqabət aparmayın. Bunun əvəzinə rəqabət üstünlüyünüzü aşkarlayın. Əmtəə olmayın.
- Vebsayt və peşəkar e-mail adresi yaradın. Peşəkar olaraq qəbul olunmaq istəyirsinizsə, peşəkar görünüşünüz olmalıdır.
- Uğrunuz sizin formalaşdırdığınız əlaqələrin keyfiyyətindən asılıdır.
Tərcüməçilər həm də yazıçıdırlar. Bəs siz bacarıqlı yazıçısınız?
- Internet sizin dostunuzdur. Onlayn ticarət əksər vaxt pulsuz və asandır. Bunu öz xeyrinizə istifadə edin.
- Nə tərcüməçi, nə də dilmanc sonsuz biliyə malikdir.
- Müsbət yanaşmanız olsun.
- Eyni səhvi ikinci dəfə təkrar etməkdən çəkinin.
- Tərcümənin təhvil verilmə vaxtının bir dəfə belə gecikdirilməsi sizin karyeranıza mənfi təsir edə bilər.
- Müştəridən yazılı təsdiq gələnə qədər layihə üzərində işləməyə başlamayın.
- Digər tərcüməçilərlə yaxşı münasibət qurun.
- Real məqsədlər müəyyənləşdirin və onlara necə nail olacağınızı planlaşdırın.
- Öz bacarıqlarınıza obyektiv yanaşın və onları inkişaf etdirin. Bu zaman siz həmişə daha yaxşı tərcüməçi ola bilərsiniz.
- Heç kəs yüksək ödəniş edən müştərini təsadüfən qazanmır.
- Tərcüməçilik və dilmanclıq tamamilə fərqli bacarıqlar tələb edir.
- Müştərilərinizlə onların məmnun qalacağı şəkildə əlaqələr qurun.
- Müştərilər olmadan sizin heç nəyiniz yoxdur.
- Digərləri olmasa belə siz məntiqli olun.
- Qəzəbli vəziyyətdə e-mail göndərməzdən əvvəl düşünün.
- Kompüter və proqramlarla işləməyə gəldikdə, öz işinizi özünüz görməyi öyrənin.
- Ən yaxşı vasitələri, lüğətləri və pulunuz çatan ləvazimatları almaqla öz biznesinizə pul yatırın.
- Şəxsi və biznes hesabınızı ayrı tutun.
- Yazı sürətinizi artırın.
- Əgər siz dilmancsınızsa səsinizin qayğısına qalın.
- Başqalarından məsləhət alarkən onların vaxtlarına hörmətlə yanaşın və nahar etməyə dəvət edin.
- Tərcüməçilər: oxumaq, oxumaq, yenə də oxumaq. Bu əvəzolunmazdır.
- Heç vaxt ictimai yerdə müştərilərinizdən şikayətlənməyin.
- Heç vaxt ictimai yerdə həmkarlarınızdan şikayətlənməyin.
- Etibarınız sahib olduğunuz ən mühüm şeydir.
- Vaxtınız sahib olduğunuz tək mənbədir. Onu ağılla istifadə edin.
- Özünüz haqqında danışmağı dayandırın. Bunun əvəzinə sual verin.
- Həqiqətən qulaq asmağı öyrənin.
- Lovğalıq etmədən yalnız gördüyünüz işlər haqqında müştərini məlumatlandırın.
- Məxəz mətnə düzəliş edərkən yüngülcə dəyişiklik edin. Şərhlərinizdə diqqətli olun.
- Siz yüksək keyfiyyətli iş təmin etməklə, mehriban və səmimi olmaqla digərlərinin hörmətini qazana bilərsiniz.
- Yerli tərcümə cəmiyyətlərinə və öz sahəniz üzrə birliklərə qoşulun.
- Komfort bölgənizdən çıxın.
- Qüsurlarınızın üzərində işləyin.
- Əgər müştəri tərcümə zamanı səhvlərinizi düzəldirsə sakit olun və peşəkar davranın.
- Pozitiv və yaxşı insanları ətrafınıza toplayın.
- Konfranslarda, vebseminarlarda iştirak etməklə şəxsi inkişafınıza pul ayırın.
- Vaxtınızı dəyərləndirin. Başqalarının sizə verməsini gözlədiyiniz şeyləri əvvəl özünüz verməyi öyrənin.
- Gözlərinizin qayğısına qalın və hər 20 dəqiqədən bir 20 dəqiqəlik gözlərinizi kompüterdən ayırın.
- Müştərilərinizin gözləntilərini üstələyin. Əlinizdən gələnin ən yaxşısını edin.
- Onlara bayram kartları yaxud hədiyyələr göndərin.
- Sifarişçilərin seçimlərinin siyahısını hazırlayın. Onların köməkçisi olun.
- Əgər tərcümə zamanı sözü bilmirsinizsə bunu deyin. Bu bəzən xoşagələn olmasa da, dürüst olmalısınız.
- Yaddaşınızı möhkəmləndirin, insanların adlarını yadınızda saxlayın.
- Bütün müştərilərinizin fayllarını səliqəli şəkildə saxlayın və hər gün kompüterinizə qeyd edin.
- Təqaüd fonduna dəstək olun.
- Sağlamlığınızın qeydinə qalın və idmanla məşğul olun.
- Siz dovşan şəpşəplərində ola bilərsiniz, lakin müştərinin bunu bilməyinə gərək yoxdur. Evdəki vəziyyət barədə xırdalıqlara varmayın.
- Yenilikləri sınamaq üçün müştərinizdən istifadə etməyin.
- Evdə internet olmadığı vaxtlar üçün B planınız olsun.
- Məxfi sənədləri gizli saxlayın. Yaxşı kağızkəsən maşın alın.
- Kiminləsə ortaq şəkildə iş dünyasına qoşularkən yaxşı düşünün.
- Xoşlamasanız belə ən azı həftədə bir dəfə sosial şəbəkə tədbirinə qatılın.
- Böyük iş görən zaman biznesiniz böyüyəcək və çox insan sizin mövcudluğunuzdan xəbərdar olacaq.
- Buna necə nail olacağınız barədə düşünməyə dəyər.
- Təvazökar olun. Hər bir məşhur tərcüməçi və dilmanc başqasından öyrənə bilər.
Əziz dostlar və həmkarlar, ümid edirik ki, bu qısa siyahımızdan zövq aldınız.
Siz hansı məsləhəti əlavə etmək istərdiniz? Biz bu sonsuz siyahıya əlavə etmək üçün sizin fikirlərinizi öyrənməkdən məmnun olardıq.