Bloq

  • 06.09.2017

Xarici dilin altyazı ilə tərcüməsi zamanı yaranan problemlər

Xarici dilin altyazı ilə tərcüməsinə danışıq dilində olan dialoqların, müəyyən zaman intervalı nəzərə alınaraq yazılı formada tərcüməsi daxildir. Bu, bir çox amillərin nəzərə alınmalı olduğu mürəkkəb prosesdir.

Filmləri altyazı ilə tərcümə edərkən, biz mənanı mümkün qədər təsirli formada tərcümə etməyə çalışmalıyıq, adi tərcümə zamanı buna üstünlük verilmir. Tərcümə elə olmalıdır ki, insanlar ekranda nə yazıldığını oxuyurmuş kimi yox, aktyorların nə dediyini başa düşürmüş kimi hiss etsinlər. Yaxşı səviyyədə tərcümə etmək üçün tərcüməçi nəyi tərcümə etdiyini başa düşməlidir.

Altyazı ilə tərcümə zamanı biz sözləri deyil mənanı tərcümə edirik. Digər bir dildən tərcümə olunmuş mətni başa düşmək bəzən bizim üçün çətin ola bilər.  Altyazılar danışıq zamanı istifadə olunan dialoqların 2/3-dir. Çətin olsa da, biz danışanın nə dediyini başa düşməli və sözləri deyil, mənanı aydın şəkildə tərcümə etməliyik.

Tərəddüd və danışarkən insanın öz səhvini düzəltməsi xarici dilin altyazı ilə tərcüməsi zamanı nəzərə alınmamalıdır. Onların tərcüməsi bəzən izləyicini çaşdıra və əsas mənanın başa düşülməsini çətinləşdirə bilər. Eyni sözləri ixtisarlar və təkrarlar haqqında  da demək olar.

Altyazı ilə tərcümə zamanı nəzərə alınmalı olan əsas xüsusiyyətlər bunlardır:

  1. Yazılar oxunaqlı olmalıdır. Sətirdən-sətrə keçirmələr izləyicinin başa düşməsinə çətinlik yarada bilər, lakin əgər siz sətirdən-sətrə keçirmənin əsas qaydalarını bilirsinizsə və onlara əməl edirsinizsə, onda siz izləmə təcrübənizə çox dəyər qatmış olacaqsınız.
  2. Yazılar izləyicinin oxuyub başa düşməsi üçün ekranda kifayət qədər uzun müddət qalmalıdır, ancaq bu müddət diqqətin yayınmaması üçün çox da uzun olmamalıdır. Maksimum zaman limitini aşmamaq lazımdır.
  3. Altyazı ilə tərcümə edərkən sizin nəzərə alamalı olduğunuz əsas amil izləyici  kütləsidir. Bu çox vacib amildir, bununla siz mətni hədəf dil izləyicisinin səviyyəsinə uyğun formaya gətirə bilərsiniz.
  4. Hərfi tərcümə məqsədə uyğun deyil. Sözbəsöz tərcümənin heç bir mənası olmur.
  5. İzləyicilərin aktyorların nə dediyinə inanması üçün siz hədəf dil daşıyıcılarının mədəniyyəti ilə yaxından tanış olmalısınız.
  6. Unutmayın! Altyazı pis olarsa izləyicilərin video barədə olan təəssüratı tamamilə dəyişə bilər, buna görə də, altyazının düzgün olması sizin və filmin yaranmasında əziyyət çəkən hər kəsin uğur qazanması üçün vacibdir.
  7. İstifadə olunan sözlər: Sizin söz seçiminiz, danışanın şəxsiyyətini, milliyətini, zamanı və s. nəzərə alaraq, onun ifadə tərzini saxlamalıdır.
  8. Mətni sadələşdirin ( mənanı təhrif etmədən), bununla yazıların oxunması asanlaşır və izləyicilər onları ilk görüşdən başa düşürlər.
  9. Altyazıların ekranda qalmasına kifayət qədər vaxt verin: bu xüsusilə səhnələr dəyişməmişdən əvvəl göstərilən sətirlər üçün əhəmiyyətlidir.
  10. Yüksək keyfiyyətli altyazılar yaratmaq çox vaxt çətin bir proses olur və bu bacarıq yüksək qiymətləndirilməlidir. Bu təkcə yüksək keyfiyyətli altyazılar yaratmağı bacaran sizin üçün yox, həmçinin izləyicilər və filmin yaranmasına cəlb olunan hər kəs üçün doğrudur.