Əməkdaşlıq

Limitsiz internet, kofe, planşet, Facebook və hətta isti yorğanınızdan sizi ayırmayacaq bir iş axtarırsınız? Əgər ali təhsiliniz və bacarıqlarınız uyğun gəlirsə, tərcüməçi-frilanser (tərcüməçi vakansiyası) sizin üçün münasib bir iş ola bilər.

Vakansiya var, çünki peşəkar tərcüməçiyə hər zaman ehtiyac var. Bəli, bizim Vision Tərcümə mərkəzinə gün ərzində onlarla CV daxil olur. Onları verilənlər bazamıza əlavə edir, ehtiyac olduqca yenidən nəzərdən keçirir, əlaqə saxlayıb namizədin bilik və bacarıqlarını test edirik.

CV-nizin digər CV-lərdən üslubu və dəqiqliyi ilə seçilməsi sizin üçün müsbət göstəricidir. CV-nin gözəl tərtibatından başqa, peşəkar tərcümə, redaktə və korrektə bacarıqlarının özünüzdə cəmlənməsindən də əmin olmalısınız. Siz dilçisiniz və bizimlə ünsiyyətə girərkən təqdim etdiyiniz ilk yazı sizin CV-dir. Məhz CV-niz əsasında sizin bacarıqlarınız haqqında ilkin fikir formalaşır. Əgər öz CV-nizi düzgün tərtib edə bilmirsinizsə, sizdən hansı müvəffəqiyyətlər gözləmək olar?

Biz dil cütlükləri qeyd olunmayan CV-ləri rədd edirik. Əgər CV-nizdə üst yazı uzundursa, o, oxunmur və məlumat ümumi nəzərdən yetirilir.

Bizim üçün vacib olan məlumatlar bunlardır: bildiyiniz xarici dil, iş təcrübəniz və istifadə etdiyiniz CAT proqramı.

Düzgün CV necə tərtib olunmalı və həcmi nə qədər olmalıdır?

CV ümumilikdə 500 sözdən çox olmamalıdır. Əgər təcrübəli tərcüməçisinizsə, onda sizin harada ibtidai məktəbə getməniz bizə maraqlı deyil. 2 səhifə və ya 2 səhifə yarım kifayət edəcək həcmdir. Qeyd edək ki, müraciət etdiyiniz işdən asılı olaraq birdən çox CV-nizin olması labüddür.

Təcrübə əbəs yerə diqqət yetirilən amil deyil. İllərin təcrübəsi sayəsində bir söz, bir cümlə, bir səhifə üzərində düşündüyünüz vaxt qısalır, səhvlərinizin sayı gündən-günə azalır, hər növbəti tərcümə ilə əhatə etdiyiniz tərcümə sahələri genişlənir, bir sözlə, peşəkarlıq səviyyəniz artır.

Lakin təcrübəniz sıfırdırsa və hətta ali təhsilinizi tamamlamamısınızsa, yenə də ruhdan düşməyin. Məhz sizin üçün açılacaq fürsət qapılarından vaxtında istifadə edin və təcrübə qazanmaq üçün qızıldan dəyərli olan vaxtınızla karyeranıza sərmayə yatırın.

Tərcüməçi vakansiyası axtranlara uğurlar!

Peşəkar tərcüməçi vakansiyasına müraciət
İnternship (tələbələr və məzunlar üçün təcrübə) proqramına müraciət etmək üçün CV-nizi [email protected] ünvanına “Internship” başlığı ilə göndərin.