Haqqımızda

Tercume.az 2009-cu ildən xidmət göstərməkdədir. Biz təqdim edilən işlərin sifarişçi üçün nə qədər əhəmiyyətli olduğunu dərk edirik və bu səbəbdən tərcümə edərkən işə tam məsuliyyətlə yanaşırıq. Çalışdığımız şirkətlərin böyük və kiçikliyindən asılı olmayaraq, bizim bir məqsədimiz var: edəcəyimiz iş dəqiq, düzgün və keyfiyyətli olsun.

Tercume.az bütün işlərində bir komanda olaraq aşağıdakı dəyərlərə sadiq qalır:

Keyfiyyət – şirkət və fərdi inkişafımız üçün həyatımızın əvəzolunmaz ünsürü və ən önəmli dəyəridir. Keyfiyyətimizin nə dərəcədə yüksək olduğunu müştərilərimiz müəyyənləşdirir. Xidmətlərimizdə keyfiyyət anlayışının bir parçasını “100% doğru” və “vaxtında təhvil” təşkil edir.

Ədalət – Əlavə bir dəyər olaraq deyil, ən əsas vəzifəmiz kimi qəbul edirik. Müştərilərimizə zərər verəcək hər hansı bir mənfi hərəkətdən uzaq dururuq. Sifarişçilərimizə verdiyimiz sözün üstündə durmaq bizim əsas vəzifəmizdir.

Sürət – Tercume.az sənəd işlərində sürətin nə qədər önəmli olduğunu dərk edir. Bu səbəbdən şirkətimiz müştərinin tələblərinə uyğun olaraq, keyfiyyəti itirmədən istənilən vaxtda işi təslim etmək üçün güclü quruluşa malikdir.

Qənaət – Tercume.az ən düzgün qazancın qənaət edilərək qazanılan gəlir  olduğunu bilir və həm öz işində bunu tətbiq edir, həm də müştərilərinə sərfəli təkliflər təqdim edərək onları artıq xərcdən qurtarır.

Məsuliyyət – Tercume.az şirkəti və onun əməkdaşları aldığı hər sifarişin müştəri  üçün nə dərəcədə vacib olduğunu anlayır və öz işinə məsuliyyətlə yanaşır.

Dəqiqlik – Tercume.az şirkəti və əməkdaşları bütün sifarişlərdə terminoloji dəqiliyi qoruyur və tərcümənin düzgünlüyünə riayət edərək heç bir dəyişiklik etmədən orijinalına uyğun şəkildə tərcümə edirlər.

Məxfilik – Sizin üçün maddi, mənəvi dəyəri olan hər növ yazılı və rəqəmsal sənədləriniz tərcümə prossesinin başlanğıcından sonunadək və hətta sonrakı dövrdə belə gizli tutulacaqdır. Təşkilatımızda çalışan bütün əməkdaşlarımız “Gizlilik və Məxfilik” müqaviləsi imzalayır.

Müştərilərimizlə tanış ol