Tərcümə Mərkəzi- nin Digər Xidmətləri
Redaktə
Redaktə mətndəki dil üslub xətalarının aradan qaldırılması, hər hansı bir mətni yoxlamaq, sonuncu dəfə yoxlayaraq çapa hazırlamaq deməkdir. Redaktor yazınızın axıcılığını və ümumi keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə yazını nəzərdən keçirir. Redaktorun bütün cümləni silmək və bütün abzası yenidən yazmaq hüququ var. Yaxşı redaktor qarşılaşdığı bütün səhvləri düzəldir, lakin burada əsas məqsəd sənədin anlaşıqlı olmasını təmin etmək, sözlərin lazımsız istifadəsini aradan qaldırmaq və hər bir anlaşılmazlığı aydınlaşdırmaqdır.
Bizim redaktə xidmətimizdən istifadə etdikdə, siz mətninizin dilinin tam cilalanacağına və uyğun qiymətlə çapa hazırlanacağına əmin ola bilərsiniz.
Xidmətimizdən istifadə etdikdə, siz görəcəksiniz ki, biz qrammatik və orfoqrafik səhvləri, yerində işlənməyən sözləri, qarışıq cümlələri düzəldirik və hətta sizin istifadə etdiyiniz sözlərin daha təsirli olmasına çalışırıq. Mətninizin tam aydınlığını təmin etmək üçün biz cümlələri və ya abzasları yenidən yazırıq.
Bizim başlıca məqsədimiz mətndəki yazı üslubunuzu qorumaqdır. Biz sadəcə lazım gəldikdə sizin mətnlərin ümumi yoxlamasını həyata keçirir və öz tövsiyyələrimizi veririk.
Korrektə
Korrektə redaktə olunmuş sənədin son vəziyyətinin heç bir səhv qalmaması məqsədi ilə yoxlanmasıdır. Korrektəni həyata keçirən şəxs hərf səhvlərini, durğu işarələrinin istifadəsində olan səhvləri, yazı xətalarını aradan qaldırmaq məqsədi ilə mətni nəzərdən keçirir.
Vacib bir sənədin korrektəsi üçün siz digər insanların üstündən keçdiyi ən xırda qrammatik səhvləri belə görmə bacarığı olan, təcrübəli frilanser tapmaq istəyəcəksiniz. Əgər siz öz yazınıza əmin deyilsinizsə yaxud İngilis dili (və ya digər xarici dil) sizin ana diliniz deyilsə korrektə işinizə kömək edə bilər.
Korrektəni kompüterdə etmək mümkün olsa da, bu çox vaxt çap olunmuş səhifələr üzərində və ya PDF forması üzərində həyata keçirilir.
Eyniləşdirmə
İstənilən xüsusilə də böyük həcmli tərcümələrin yerinə yetirilməsi zamanı düzgün terminlərin, anlayışların davamlı istifadəsi yüksək səviyyəli tərcümənin mühüm hissəsidir. Layihənin tərcüməsinə başlamazdan əvvəl, bizim layihə menecerimiz sizin materialınızda istifadə olunan terminlərin siyahısından ibarət olan lüğət tərtib edir və ya tərəfinizdən təqdim olunan xüsusi lüğət varsa, ona istinad etməyin vacibliyini dəqiqləşdirir. Davamlılığı və dəqiqliyi təmin etmək üçün terminlər və xüsusi anlayışlar eyni tərcümə olunmalıdır. Əgər hazır tərcümə olunmuş mətn varsa və bu qaydaya riayət olunmayıbsa biz sizə eyniləşdirmə xidmətimizlə kömək etməyə çalışacağıq./p>
Mətn yığımı
Müasir dövrdə əlyazma mətninin elektron versiyasının hazırlanması – mətni daha əlçatan etmək, geniş oxuyucu kütləsinə təqdim etmək, internetdə axtarış nəticələrinin siyahısına salmaq deməkdir.
Biz sizə yüksək keyfiyyətli, müxtəlif bizness sahələrini əhatə edən mətn yığımı xidmətləri təklif edirik. Bizim çoxşaxəli xidmətimiz mətn yığımı ilə bağlı istənilən problemi həll etməkdə sizə kömək etmək üçün hazırlanıb. Əgər sizdə əlyazmalar və ya əl ilə yazılmış böyük həcmli sənədlər varsa, biz sizə onların elektron versiyasını hazırlamaqda kömək edə bilərik. Bizim mətn yığımı ilə məşğul olan mütəxəssislərimiz onlara kömək edə biləcək istənilən xırdalıq barədə və ya əlyazmada anlaşılmayan hissələr barədə sizinlə məsləhətləşərək hərəkət edəcəklər. Onlar mətn yığımı xitmətinə əl ilə yazılmış mətnlərin, qədim əlyazmaların, çap olunmuş sənədlərin elektron versiyasının hazırlanmasında ixtisaslaşıblar.