Yazılı tərcümə

Göstərdiyimiz xidmətlərin əhatə ediyi sahələr müxtəlif və çoxsaylıdır. Biz tək bir sahə üzrə ixtisaslaşmış yox, müxtəlif sahələr üzrə peşəkar tərcüməçilərlə əməkdaşlıq edirik.

Tercume.az-da bütün sənədlərin tərcüməsi peşəkar tərcüməçilər tərəfindən həyata keçirilir. Bu da o deməkdir ki, bizim xidmətlərimizdə avtomatlaşdırılmış, kompyuter tərcümələrinə yer yoxdur.

Hər bir mətnin tərcüməsi, aid olduğu sahəyə uyğun olaraq, ixtisaslaşmış tərcüməçilərə təqdim olunur. Professional mütəxəssislərimiz tərəfindən müştərilərimizə hər sahədə peşəkar tərcümə xidmətləri təklif olunur. Tərcümələr müxtəlif sahələri əhatə edir:

Maliyyə

Biznes, bank, maliyyə, tender sənədləri, təkliflər, sifarişlər, müqavilələr, layihələrin tərcüməsi, hesabatlar, xarici şirkətlər üçün etdiyiniz tədqiqatlar və digər hər cür rəsmi və qeyri-rəsmi biznes yazışmaları və s. tərcümə sahələrində mütəxəssis olan əməkdaşlarımız tərəfindən peşəkar səviyyədə yerinə yetirilməkdədir.
Günümüzdə qloballaşmanın hətta qapalı iqtisadiyyata malik ölkələrə belə yayılması ilə birlikdə tərcümə və lokalizasiya xidmətləri görünməmiş həddə yetişmişdir və ilin sonunda gəliri 10 milyon ABŞ dollarına çatmışdır. Bu tendensiya yalnız maliyyə sahəsində çalışan mühasiblər, maliyyə nəzarətçiləri, maliyyə işlər müdirləri üçün deyil, bacarıqlı ixtisaslaşmış tərcüməçilər üçün də yaxşı xəbərdir. Bununla belə maliyyə sənədlərinin tərcüməsində bacarığı olan insanlar tapmaq heç də asan deyil. Maliyyə yüksək ixtisaslaşmış sahədir və bu işi düzgün şəkildə həyata keçirmək xüsusi istedad və bacarıq tələb edir.
Maliyyə sənədləri
Çoxmillətli təşkilatların dünya üzrə yayılmış öz fəaliyyətləri vardır. Bunlara biznes planları, satış proqnozları, yerli rəhbərlərə, həmçinin idarə mərkəzindən kənada olan “əsas rəhbərlərə” təqdim etmək üçün hesabat və araşdırmaların digər formalarını yaratmaq da aiddir. Faktdır ki, mühasibat işi hər bir ölkədə fərqlidir. O, tərcüməçinin üzərinə ağır yük qoyur. Belə ki, tərcüməçi həm mövzu üzrə biliyə, həm də dəqiq və mənalı tərcümə etmək bacarığına malik olmalıdır.

Veb-sayt tərcümələri

İnternetdə İngilis dilində axtarış etmək böyük üstünlükdür, çünki bu halda daha çox nəticə etmək mümkündür. Demək olar ki, hər bir insan internetdə ingiliscə oxuyur. Ona görə də ortaya belə bir məsələ çıxır: sizin bloqunuzun və ya veb-saytınızın İngilis dilində və ya digər xarici dildə versiyasının olması yaxşı olmazdımı? Düşünə bilərsiniz ki, bu, əlavə xərcdir və o qədər də əhəmiyyətli deyil. Lakin həqiqətdə isə saytınızın xarici dildə versiyasının olmaması ilə siz mühüm fürsətləri əldən verə bilərsiniz. Nə qədər çox kütləyə xitab etsəniz, məqsədlərinizə çatmaq sizin üçün bir o qədər asanlaşacaqdır.

Elmi mətnlərin tərcüməsi

Elmi mətnlər çox vaxt dünyadakı mütəxəssislər üçün yazılır və vacib tədqiqat və təhqiqat nəticələrindən ibarət olur. Mətnlər yazılarkən elmi dildən istifadə olunur və bu sahəyə xas olan terminləri özündə ehtiva edir. Universitetlər, kolleclər və tədqiqat institutları mətnləri dəqiqliklə tərcümə edən peşəkar tərcüməçilərə etibar edirlər.
Elmi işlər nəşr olunduqdan sonra bir çox illər oxunduğuna, eləcə də, gələcəkdə digər tədqiqatçılar və müvafiq institutlar tərəfindən istifadə olunduğuna görə, tərcüməçilər mətnin dəqiqliyinə və etibarlılığına görə böyük məsuliyyət daşıyır.
Elmi sahəni tərcüməsiz təsəvvür etmək mümkün deyil.Yüksək mütəxəssislik tələb edən bu sahədə yalnız ali ixtisaslı və təcrübəli tərcüməçilərin xidmətindən istifadə olunmalıdır. Bir çox səriştəli və mütəxəssis tərcüməçilər elm sahəsində əlavə ixtisasa yiyələnirlər.
Bizim təcrübəli, səriştəli, öz sahəsində mütəxəssis olan tərcüməçilərimiz bu sahədə sizə kömək etməkdən məmnun olarlar.

Aviasiya sahəsində tərcümələr

Aviasiya mahiyyət etibarilə beynəlxalq biznesdir. Ona görə də bu sahədə tərcümə üçün çox sayda imkanlar mövcuddur. Aviasiya üçün İngilis dili beynəlxalq dil hesab olunur və əksər tərcümələr bu istiqamətdə aparılır. Ümumilikdə aeronavtika və aviasiya standartlaşdırılmış terminologiyası olan xüsusi sahələrdir. Aeronavtika və aeronavtika əməliyyatlarının əsası haqqında biliklərin başa düşülməsi vacibdir. Bu biliklər hava gəmisinin strukturu və onun istifadəsi, pilot və uçuş heyəti əməliyyatları ilə bağlı ola bilər. Xoşbəxtlikdən bu sahəyə marağı olan çox sayda insan var. Həvəskarlar tərəfindən internetə yerləşdirilən bu materiallardan tərcümə zamanı terminologiya üçün siz mənbə kimi istifadə edə bilərsiniz.
Bu gün Tercume.az-ın aviasiya sahəsində fəaliyyət göstərən xüsusi tərcüməçi komandası mövcuddur. Sadəcə hansı dillərə ehtiyacınız olduğunu deyin və qalanını bizim öhdəmizə buraxın. Dəqiq və səlis tərcüməni təmin etmək üçün tərcümə komandamızın daim müştəri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəyinə zəmanət veririk.

Neft və Qaz sahəsində tərcümə xidmətləri

Texniki nəaliyyətlərin fonunda bir çox sahələr kimi neft və qaz sənayesi bütün dünyada inkişaf etməkdədir. Günümüzdə neft və qaz sənayesi dünyada tələbat olan sahələrdən biridir. Sürətlə inkişaf edən bu sənaye özündə beynəlxalq ticarəti, eləcə də ölkələrarası əlaqələri birləşdirir. İnkişaf edən dövlətlər arasındakı bu əlaqələr isə öz növbəsində neft və qaz sənayesində tərcümə xidmətlərinə ehtiyac yaratmışdır.
Neft və qaz sənayesi texniki sahəyə aiddir. Siz bu sahəyə aid mətni tərcümə etdirərkən, tərcüməçinin həm də müvafiq texnologiyanı başa düşməyini istəyirsiniz. Biz neft və qaz sahəsinə aid müxtəlif dilli mətnlərin tərcüməsini sizin vaxtınıza və büdcənizə uyğun şəkildə həyata keçiririk. Peşəkar komanda və təcrübəli tərcüməçilərlə birgə biz sizə öz məqsədlərinizə çatmaqda kömək edirik. Bizim yüksək ixtisaslı tərcüməçilərimiz təkcə dilçi deyil, həmçinin neft və qaz sahəsində çalışmış təcrübəli şəxslərdir.

Texniki tərcümə xidmətləri

Texniki tərcümələr hər cür avadanlıq, cihaz və qurğuların istifadə qaydalarını, müxtəlif təşkilatların texniki tender sənədlərini, inşaat, mühəndislik, neft-kimya işlərini əhatə edən sənədlərin tərcüməsini özündə əks etdirir.
Texniki mətnlərin və sənədlərin tərcüməsi mütəxəssislərə həvalə olunmalıdır.
Texniki sənədlər müəssisə üçün vacib sənədlərdir. Hər hansı bir dəzgahın və ya ən adi bir kabelin adının belə səhv tərcümə edilməsi və yaxud cümlə strukturundakı ən kiçik xəta dəzgahınızın işləməməsinə, sistemin sıradan çıxmasına, avadanlığa zərər dəyməsinə və daha ağır nəticələrə səbəb ola bilər.
Yanlış tərcümə olunmuş təhlükəsizlik və ya təməl təlimatlara əsasən hərəkət edən yüksək gərginlikli elektrik sistemi ilə işləyən texniki işçinin yol verəcəyi xətanın nə ilə nəticələnə biləcəyini təsəvvür edin. Texniki sahədə tərcümə edərkən tərcüməçi hədəf və məxəz dilləri yaxşı səviyyədə bilməklə yanaşı, həmçinin mövzunu və onun terminologiyasını da dərindən başa düşməlidir.
Bizim sınaqdan keçirilmiş, texniki və mühəndislik sahəsində mütəxəssis olan tərcüməçi komandamız var.
İstənilən formatda olan materialları tərcümə edirik.
Texniki sənədlərin əksər hissəsi MS Word formatında yazılır. Əgər sizin texniki sənədinizdə şəkillər və qrafiklər varsa, onda biz başlıqları tərcümə edə bilərik.
Texniki Sahədə İstifadə Olunan Terminologiya
Düzgün terminlərin davamlı istifadəsi yüksək səviyyəli texniki tərcümənin mühüm hissəsidir. Layihənin tərcüməsinə başlamazdan əvvəl, bizim layihə menecerimiz sizin materialınızda istifadə olunan terminlərin siyahısından ibarət olan lüğət tərtib edir. Texniki tərcümədə davamlılığı və dəqiqliyi təmin etmək üçün terminlərin hər bir dilə tərcüməsi əvvəlcədən həyata keçirilir.

Sığorta sənədlərinin tərcüməsi

Sığorta sənədlərinin həm onu alan şəxs, həm də bu sənədi verən şirkət üçün böyük hüquqi əhəmiyyəti var. Sığorta sənədlərinin digər dillərə tərcüməsi xüsusi bacarıq, həmçinin sığorta sahəsində kifayət qədər biliyə sahib olmağı tələb edir. Tercume.az-ın çox sayda təcrübəli və bacarıqlı tərcüməçilərlə əlaqəsi var. Onların arasında sığorta sənədlərinin tərcüməsini həyata keçirən peşəkar tərcüməçilər də mövcuddur. Buna görə də siz istədiyiniz vaxt sığorta sənədlərinin tərcüməsi üçün bizə müraciət edə bilərsiniz.

Siyasi tərcümə xidmətləri

Müasir dövrdə müxtəlif ölkələr arasında beynəlxalq-siyasi əlaqələr yaranmaqdadır. Hökümətlər öz ölkələrinə və xalqlarına, eləcə də qlobal cəmiyyətə təsir edən qərarlar qəbul edirlər. Ölkələr bir-birləri ilə müştərək müqavilələr və razılaşmalar imzalayırlar. Dil – məlumatların ötürülməsində və siyasətin həyata keçirilməsində əsas maneə hesab olunur. Bu zaman siyasi tərcümə xidmətləri sizin köməyinizə gəlir.
Siyasət hər zaman çox həssas sahə hesab olunub, buna görə də siyasi tərcümə xidmətləri yalnız ixtisaslaşmış tərcüməçilər tərəfindən həyata keçirilməlidir. Siyasi sahədə fəaliyyət göstərən tərcüməçi həm məxəz, həm də hədəf dilləri mükəmməl bilməlidir. Tərcüməçi siyasi sahədə, həmçinin ölkələrdəki hazırki siyasi şərait barədə müəyyən qədər biliyə sahib olmalıdır. Siyasi tərcümə sahəsində təcrübəsi olan tərcüməçiləri işə götürməyə çalışın.

Tibbi tərcümə

Tibb sahəsində tərcümə xidməti kifayət qədər bilik və təcrübəyə ehtiyac olan xidmətdir. Tibbi tərcümə elmi işlər, dərmanların istifadə reseptləri, texniki düsturlar, dərman qablaşdırmalarının üzərindəki yazıların istifadəçilərin başa düşəcəyi dilə tərcüməsini özündə əks etdirir.

Kitab,kataloq tərcümələri

Hər mövzuda kitab, jurnal, kataloq, broşüraların müxtəlif dillərdə yazılı tərcümə xidmətlərini həyata keçiririk. Bundan başqa veb-saytların müxtəlif dillərə tərcümə xidmətini də həyata keçiririk. Tərcümə olunan sayt birbaşa kod hissəsində tərcümə edilir, sizin saytı hazırlayan firma və ya şəxsin xarici dil bilməyinə ehtiyac olmur.

Hüquqi tərcümələr

Hüquqi tərcümələr hüquq sahəsində ixtisaslaşmış, müvafiq terminlərə yaxından bələd olan tərcüməçilər tərəfindən həyata keçirilməkdədir. Hüquqi tərcümələrə məhkəmə qərarları, patent, rəsmi müraciət, imza vərəqi, vəkalətnamələr, bəyənnamələr, hüquqi yazışmalar və d. daxildir. Bir çox şirkətlərin çoxdilli müqavilələrin, anketlərin, təkliflərin və digər sənədlərin hüquqi tərcüməsinə ehtiyacı var. Bu, çoxumuza adi bir iş kimi görünə bilər, lakin hüquqi tərcümələrin mühüm əhəmiyyətə malik olduğunu qəbul etməliyik.
Hüquqi tərcümə mürəkkəb bir prossesdir və yalnız peşəkarlar tərəfindən yerinə yetirilə bilər. Şirkətlər səhvə yol verə bilməzlər. Belə ki, ən kiçik səhv belə şirkətin imkanlarından istifadə edən məhkəmə prosesində və hüquqi araşdırmada böyük fəsada yol aça bilər.