Haqqımızda

Tərcümə Mərkəzi 2009-cu ildən sizlərə xidmət göstərməkdədir. Biz təqdim edilən işlərin sifarişçi üçün nə qədər əhəmiyyətli olduğunu dərk edirik və bu səbəbdən tərcümə edərkən işə tam məsuliyyətlə yanaşırıq. Çalışdığımız şirkətlərin böyük və kiçikliyindən asılı olmayaraq, bizim bir məqsədimiz var: edəcəyimiz iş dəqiq, düzgün və keyfiyyətli olsun.

Tərcümə Mərkəzi bütün işlərində bir komanda olaraq aşağıdakı dəyərlərə sadiq qalır:

Keyfiyyət – şirkət və fərdi inkişafımız üçün həyatımızın əvəzolunmaz ünsürü və şirkətimizin ən önəmli dəyəridir. Keyfiyyətimizin nə dərəcədə yüksək olduğunu müştərilərimiz müəyyənləşdirir. Xidmətlərimizdə keyfiyyət anlayışının bir parçasını “100% doğru” və “zamanında təslim” təşkil edir.

Ədalət – Ədalətliliyi əlavə bir dəyər olaraq deyil, ən əsas vəzifəmiz kimi qəbul edirik. Müştərilərimizə zərər verəcək hər hansı bir mənfi hərəkətlərdən uzaq dururuq. Sifarişçilərimizə verdiyimiz sözün üstündə durmaq bizim əsas vəzifəmizdir.

Sürət – Vision Tərcümə Mərkəzi sənəd işlərində sürətin nə qədər önəmli olduğunu dərk edir. Bu səbəbdən Vision Tərcümə Mərkəzi müştərinin tələblərinə uyğun olaraq, keyfiyyəti itirmədən istənilən vaxtda işi təslim etmək üçün güclü quruluşa malikdir.

Qənaət – Vision Tərcümə Mərkəzi ən düzgün qazancın qənaət edilərək qazanılan qazanc olduğunu bilir və həm öz işində bunu tətbiq edir, həm də müştərilərinə sərfəli təkliflər təqdim edərək onları artıq xərcdən qurtarır.

Məsuliyyət – Vision Tərcümə Mərkəzi və onun əməkdaşları aldığı hər sifarişin müştəri (sifarişçi) üçün nə dərəcədə vacib olduğunu anlayır və öz işinə məsuliyyətlə yanaşır.

Dəqiqlik – Vision Tərcümə Mərkəzi və əməkdaşları bütün sifarişlərdə terminoloji baxımından dəqiliyi qoruyur və terminlərin dəqiq və düzgünlüyünə riayət edərək heç bir dəyişiklik etmədən orijinalına uyğun şəkildə tərcümə edirlər.

Məxfilik – Sizlər üçün maddi, mənəvi dəyəri olan hər növ yazılı və dijital sənədləriniz tərcümə prosesinin başlanğıcından sonuna və hətta sonrakı dövrlərdə belə əməkdaşlarımız xaricində kimsə ilə paylaşılmadan gizli tutulacaqdır.Təşkilatımızda çalışan bütün əməkdaşlarımız “Gizlilik və Məxfilik” müqaviləsi imzalayır.

Müştərilərimizlə tanış ol