Xidmətlərimiz

Vision Tərcümə Mərkəzi xidmət göstərdiyi bütün sahələrdə öz prinsipinə, “dəqiqlik, düzgünlük və vaxtında təslim” , əməl edərək öz sahəsində yüksək təcrübə sahibi olan, peşəsini sevən, işində ciddi məsuliyət daşıyan tərcüməçilərlə əməkdaşlıq edir.

Xidmət sahələrimiz:

Biznes Tərcümələri
Biznes, bank, maliyyə, tender sənədləri, təkliflər, sifarişlər, müqavilələr, layihələrin tərcüməsi, hesabatlar, xarici şirkətlər üçün etdiyiniz tədqiqatlar və s. hər cür rəsmi və qeyri rəsmi biznes yazışmaları və s. tərcümə sahələrində mütəxəssis olan tərcüməçilərimiz tərəfindən peşəkar səviyyədə yerinə yetirilməkdədir.

Tibbi Tərcümə
Tibbi tərcümə bu sahədə kifayət qədər bilik və təcrübəyə ehtiyac olan xidmətdir. Tibbi tərcümə elmi işlər, dərmanların istifadə reseptləri, texniki düsturlar olan tərcümələr, dərman ambalajlarının üzərindəki yazıların istifadəçilərin başa düşəcəyi dilə tərcüməni özündə əks etdirir.

Texniki Tərcümə
Texniki tərcümələr hər cür avadanlıq, cihaz və qurğu-nun istifadə qaydalarını, müxtəlif təşkilatların texniki tender sənədlərini, inşaat, mühəndislik, neft-kimya işlərini əhatə edən sənədlərin tərcüməsini özündə əks etdirir.

Texniki sənədlər müəssisə üçün vacib sənədlərdir. Hərhansı bir dəzgahın və ya ən adi bir kabelin adının belə səhv tərcümə edilməsi və yaxud cümlə strukturundakı ən kiçik xətadan dolayı dəzgahınızın işləməməsinə və ya ciddi maddi itkilərin yaranmasına səbəb olabilər.

Kitab, kataloq tərcümələri
Hər mövzuda kitab, jurnal, kataloq, broşüraların müxtəlif dillərdə yazılı tərcümə xidmətlərini həyata keçiririk. Bundan başqa Web saytların müxtəlif dillərə tərcümə xidməti də tərəfimizdən göstərilməkdədir. Tərcümə olunan sayt bir başa kod hissəsində tərcümə edilir, sizin saytı hazırlayan firma və ya şəxsin xarici dil bilməyinə ehtiyyac olmur.

Notarius təsdiqli tərcümə
Səfirlik və viza üçün lazım olan pasport, şəxsiyyət vəsiqəsi, diplom və s. sənədlər, transkript, kupça, tender sənədləri, hesabatlar və başqa sənədlərin tərcümələri “Vision Tərcümə Mərkəzində” ən sürətli və ən doğru şəkildə görülməkdə və müştərilərimizin tələblərinə uyğun olaraq notarius təsdiqi edilərək təslim edilmekdədir. Siz də zamanınıza və pulunuza qənaət edərək bu sənədlərin tərcüməsinə qısa zaman ərzində nail ola bilərsiniz.

Hüquqi tərcümə
Hüquqi tərcümələr-hüquq sahəsində ixtisaslaşmış və bu sahədəki terminlərə hakim mütəxəssis tərcüməçilər tərəfindən həyata keçirilməkdədir. Hüquqi tərcümələrə məhkəmə qərarları, patent, rəsmi müraciət, İmza vərəqi, vəkalətnamələr, bəyənnamələr, hüquqi yazışmalar və s. daxildir