Yazılı tərcümə

Göstərdiyimiz xidmətlərin əhatə ediyi sahələr müxtəlif ve çoxsaylıdır. Biz tək bir sahə üzrə ixtisaslaşmış tərcüməçilərlə deyil, müxtəlif sahələr üzrə peşəkar tərcüməçilərlə əməkdaşlıq edirik.

“Vision” tərcümə mərkəzində bütün sənədlərin tərcüməsi tərcüməçilər tərəfindən həyata keçirilir, yəni biz heç vaxt komputer vasitəsilə edilmiş tərcümədən istifadə etmirik.

Peşəkar tərcümə xidmətləri yüksək ali təhsilli, təcrübəli tərcümə mütəxəssisləri tərəfindən həyata keçirilir. Hər bir mətnin tərcüməsi, aid olduğu sahəyə uyğun olaraq, ixtisaslaşmış tərcüməçilərə təqdim olunur. Professional tərcüməçi kollektivimiz tərəfindən müştərilərimizə hər sahədə peşəkar tərcümə xidmətləri təklif olunur. Tərcümələr müxtəlif sahələri əhatə edir:

Maliyyə Tərcümələri

Biznes, bank, maliyyə, tender sənədləri, təkliflər, sifarişlər, müqavilələr, layihələrin tərcüməsi, hesabatlar, xarici şirkətlər üçün etdiyiniz tədqiqatlar və s. hər cür rəsmi və qeyri rəsmi biznes yazışmaları və s. tərcümə sahələrində mütəxəssis olan tərcüməçilərimiz tərəfindən peşəkar səviyyədə yerinə yetirilməkdədir.
Günümüzdə qloballaşmanın hətta qapalı iqtisadiyyata ölkələrə belə yayılması ilə tərcümə və lokalizasiya xidmətləri görünməmiş həddə çatmışdır və ilin sonunda gəliri 10 milyon ABŞ dollarına çatmışdır. Bu tendensiya yalnız maliyyə sahəsində çalışanlar: mühasiblər, maliyyə nəzarətçiləri, maliyyə işlər müdürü üçün deyil, bu sahə üzrə bacarığı olan ixtisaslaşmış tərcüməçilər üçün də yaxşı xəbərdir. Bununla belə maliyyə sənədlərinin tərcüməsində bacarığı olan insanlar tapmaq asan deyil. Maliyyə yüksək ixtisaslaşmış sahədir və işini düzgün şəkildə həyata keçirmək üçün xüsusi istedad və bacarıq tələb edir.

Maliyyə sənədləri

Çoxmillətli təşkilatların dünya üzrə yayılmış öz fəaliyyətləri vardır və bunlara biznes planları, satış proqnozları, yerli rəhbərlərinə həmçinin idarə mərkəzindən kənadar olan “əsas rəhbərlərinə” təqdim etmək üçün hesabat və araşdırmaların digər formalarını yaratmaqdır. Faktdır ki, mühasibat işi hər bir ölkədə fərqlidir, o tərcüməçinin üzərinə ağır yük qoyur və o mövzu üzrə biliyə və sonda istifadəçiyə həm düzgün həm də mənalı sənəd tərcümə etmək bacarığına malik olmalıdır.

Vebsayt tərcüməsi

Internetdə araşdırma apararkən onu ingilis dilində etmək böyük üstünlükdür, çünki bu halda daha çox nəticə əldə etmək mümkündür. Belə görünür ki, hər kəs onlayn ingiliscə oxuyur, bu halda sizin bloqunuzun yaxud veb saytınızın tərcümə variantını yaratmağa ehtiyac varmı? Düşünə bilərsiniz ki, sizin saytınıza sərf etdiyiniz cəhd və xərc tərcümə olunmuş saytınızın olmasının üstünlüklərindən çoxdur, lakin siz səhv edirsiniz. Əslində siz bloq yaxud veb saytınızın tərcümə variantının olmaması ilə böyük fürsətləri əldən qaçıra bilərsiniz.
Verilmiş statistikanı nəzərdən keçirin. Dünyadakı insanların 70 faizindən çoxu İngilis dilində danışa bilmir, Google’da edilən bütün araşdırmaların yarıdan çoxu İngilis dilində aparılmır, veb saytların təqribən 45%-i ingilis dilində deyil. Verilmiş bu faktlara əsasən yalnız İngilis dilində veb saytın olması insanların çox az hissəsinin diqqətini çəkə bilər.

Elmi mətnlərin tərcüməsi

Elmi mətnlər çox vaxt dünyadakı mütəxəssislər üçün yazılır və vacib tədqiqat və təhqiqat nəticələrindən ibarət olur. Mətnlər yazılarkən elmi dildən istifadə olunur və bu sahəyə xas olan terminləri özündə ehtiva edir. Universitetlər, kolleclər və tədqiqat institutları mətnləri dəqiqliklə tərcümə edən mütəxəssis tərcüməçilərə etibar edirlər.
Elmi işlər nəşr olunduqdan sonra bir çox illər oxunduğuna, eləcə də, gələcəkdə digər tədqiqatçılar və tədqiqat institutları tərəfindən istifadə olunduğuna görə, elmi tərcüməçilər mətnin dəqiqliyinə və etibarlılığına görə böyük məsuliyyət daşıyır.
Elmi sahəni tərcüməsiz təsəvvür etmək mümkün deyil.Yüksək mütəxəssislik tələb edən bu sahədə yalnız yüksək ixtisaslı və təcrübəli tərcüməçilərin xidmətindən istifadə olunmalıdır. Bir çox səriştəli və mütəxəssis tərcüməçilər elm sahəsində əlavə ixtisasa yiyələnirlər.
Bizim təcrübəli, səriştəli, öz sahəsində mütəxəssis olan tərcüməçilərimiz bu sahədə sizə kömək etməkdən məmnun olarlar.

Aviasiya sahəsində tərcümələr

Aviasiya təbiəti etibarı ilə beynəlxalq biznesdir, buna görə də bu sahədə tərcümə üçün çox sayda imkanlar var. Bu sahə üçün ingilis dili beynəlxalq dil hesab olunur və əksər tərcümələr bu istiqamətdə aparılır. Ümumilikdə aeronavtika və aviasiya standartlaşdırılmış terminologiyası olan xüsusi sahələrdir. Aeronavtika və aeronavtika əməliyyatlarının əsası haqqında biliklərin başa düşülməsi vacibdir, bu biliklər hava gəmisinin strukturu və onun istifadəsi və ya pilot və uçuş heyəti əməliyyatları ilə bağlı ola bilər. Sənin bu sahəyə marağının olması sənə bu işdə kömək edə bilər. Xoşbəxtlikdən bu sahəyə marağı olan çox sayda insan var, bu həvəskarlar tərəfindən məlumatlar internetə yerləşdirilib və tərcümə zamanı terminologiya üçün siz bu məlumatlardan mənbə kimi istifadə edə bilərsiniz.
Bugün Vision tərcümə mərkəzinin aviasiya sahəsində fəaliyyət göstərən xüsusi tərcüməçi komandası var. Bizə sadəcə hansı dillərə ehtiyacınız olduğunu deyin və işin qalanını bizim öhdəmizə buraxın. Dəqiq və səlis tərcüməni təmin etmək üçün bizim tərcümə komandamızın daim müştəri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəyinə zəmanət veririk.

Neft və Qaz sahəsində Tərcümə Xidmətləri

Yeni texnologiyalar yarandığına görə neft və qaz sənayesi bütün dünyada inkişaf edir. Neft və qaz sənayesi bugün dünyada tələbat olan sahələrdən biridir. Sürətlə inkişaf edən bu sənaye özündə beynəlxalq ticarəti, eləcə də müxtəlif ölkələr arasındakı yazışmaları birləşdirir. Bu sahədə müxtəlif dövlətlər arasında artan qarşılıqlı əlaqələr neft və qaz sənayesində tərcümə xidmətlərinə ehtiyac yaratmışdır. Neft və qaz sənayesi texniki sahəyə aiddir. Siz bu sahəyə aid mətni tərcümə etdirərkən, tərcüməçinin həm də bu sahəyə aid texnologiyanı başa düşməyini istəyirsiniz. Biz neft və qaz sahəsinə aid müxtəlif dilli mətnlərin tərcüməsini sizin vaxtınıza və büdcənizə uyğun şəkildə həyata keçiririk. Peşəkar komanda və təcrübəli tərcüməçilərlə birgə biz sizə öz məqsədlərinizə çatmaqda kömək edirik. Bizim yüksək ixtisaslı tərcüməçilərimiz təkcə dilçi deyil, onlar həmçinin neft və qaz sahəsində çalışmış təcrübəli şəxslərdir.

Texniki Tərcümə Xidmətləri

Texniki tərcümələr hər cür avadanlıq, cihaz və qurğu-nun istifadə qaydalarını, müxtəlif təşkilatların texniki tender sənədlərini, inşaat, mühəndislik, neft-kimya işlərini əhatə edən sənədlərin tərcüməsini özündə əks etdirir.
Texniki mətnlərin və sənədlərin tərcüməsi mütəxəssislərə həvalə olunmalıdır.
Texniki sənədlər müəssisə üçün vacib sənədlərdir. Hərhansı bir dəzgahın və ya ən adi bir kabelin adının belə səhv tərcümə edilməsi və yaxud cümlə strukturundakı ən kiçik xətadan dolayı dəzgahınızın işləməməsinə, sistemin sıradan çıxmasına, avadanlığa zərər dəyməsinə və daha ağır nəticələrə səbəb ola bilər.
Səhv tərcümə olunmuş mətn Təhlükəsizlik və ya təməl təlimatların tərcüməsində hər hansı bir səhvə yol verilməsinin yüksək gərginlikli elektrik sistemi ilə işləyən texniki işçi üçün nə ilə nəticələnə biləcəyini təsəvvür edin. Texniki sahədə tərcümə edərkən tərcüməçi hədəf və məxəz dilləri yaxşı səviyyədə bilməklə yanaşı, həmçinin mövzunu və onun terminologiyasını dərindən başa düşməlidir.
Bizim sınaqdan keçirilmiş, texniki və mühəndislik sahəsində mütəxəssis olan tərcüməçi komandamız var.
İstənilən formatda olan materialları tərcümə edirik.
Texniki sənədlərin çox hissəsi MS Word formatında yazılır. Əgər sizin texniki sənədinizdə şəkillər və qrafiklər varsa, onda biz başlıqları tərcümə edə bilərik.

Texniki Sahədə İstifadə Olunan Terminologiya

Düzgün terminlərin davamlı istifadəsi yüksək səviyyəli texniki tərcümənin mühüm hissəsidir. Layihənin tərcüməsinə başlamazdan əvvəl, bizim layihə menecerimiz sizin materialınızda istifadə olunan terminlərin siyahısından ibarət olan lüğət tərtib edir. Texniki tərcümədə davamlılığı və dəqiqliyi təmin etmək üçün terminlərin hər bir dilə tərcüməsi əvvəlcədən həyata keçirilir.

Sığorta sənədlərinin tərcüməsi

Sığorta sənədlərinin həm onu alan şəxs, həmdə bu sənədi verən şirkət üçün böyük hüquqi əhəmiyyəti var. Sığorta sənədlərinin digər dillərə tərcüməsi xüsusi bacarıq, həmçinin sığorta sahəsində kifayət qədər biliyə sahib olmağı tələb edir. “Vision” tərcümə mərkəzinin çox sayda təcrübəli və bacarıqlı tərcüməçilərlə əlaqəsi var. Bu tərcüməçilər arasında sığorta sənədlərinin tərcüməsini həyata keçirən peşəkar tərcüməçilər də mövcuddur. Buna görə də siz istədiyiniz vaxt sığorta sənədlərinin tərcüməsi üçün bizə müraciət edə bilərsiniz.

Siyasi tərcümə xidmətləri

Müasir dövrdə müxtəlif ölkələr arasında beynəlxalq siyasi əlaqələr yaranır. Hökümətlər öz ölkələrinə və xalqlarına, eləcə də qlobal cəmiyyətə təsir edən qərarlar qəbul edirlər. Ölkələr bir-birləri ilə müştərək müqavilələr və razılaşmalar imzalayırlar. Dil məlumatların ötürülməsində və siyasətin həyata keçirilməsində əsas maneə hesab olunur. Bu zaman siyasi tərcümə xidmətləri sizin köməyinizə gəlir.
Siyasət hər zaman çox həssas sahə hesab olunub, buna görə də siyasi tərcümə xidmətləri yalnız ixtisaslaşmış tərcüməçilər tərəfindən həyata keçirilməlidir. Siyasi sahədə fəaliyyət göstərən tərcüməçi həm məxəz, həm də hədəf dilləri mükəmməl bilməlidir. Tərcüməçi siyasi sahədə, həmçinin ölkələrdəki hazırki siyasi şərait barədə müəyyən qədər biliyə sahib olmalıdır. Siyasi tərcümə sahəsində təcrübəsi olan tərcüməçiləri işə götürməyə çalışın.

Tibbi Tərcümə

Tibbi tərcümə bu sahədə kifayət qədər bilik və təcrübəyə ehtiyac olan xidmətdir. Tibbi tərcümə elmi işlər, dərmanların istifadə reseptləri, texniki düsturlar olan tərcümələr, dərman ambalajlarının üzərindəki yazıların istifadəçilərin başa düşəcəyi dilə tərcüməni özündə əks etdirir.

Kitab, kataloq tərcümələri

Hər mövzuda kitab, jurnal, kataloq, broşüraların müxtəlif dillərdə yazılı tərcümə xidmətlərini həyata keçiririk. Bundan başqa Web saytların müxtəlif dillərə tərcümə xidməti də tərəfimizdən göstərilməkdədir. Tərcümə olunan sayt bir başa kod hissəsində tərcümə edilir, sizin saytı hazırlayan firma və ya şəxsin xarici dil bilməyinə ehtiyyac olmur.

Hüquqi tərcümə

Hüquqi tərcümələr-hüquq sahəsində ixtisaslaşmış və bu sahədəki terminlərə hakim mütəxəssis tərcüməçilər tərəfindən həyata keçirilməkdədir. Hüquqi tərcümələrə məhkəmə qərarları, patent, rəsmi müraciət, İmza vərəqi, vəkalətnamələr, bəyənnamələr, hüquqi yazışmalar və s. daxildir. Bir çox şirkətlərin çoxdilli müqavilələrin, anketlərin, təkliflərin və digər sənədlərin hüquqi tərcüməsinə ehtiyacı var. Bu çoxumuza adi bir iş kimi görünə bilər, lakin hüquqi tərcümələrin mühüm əhəmiyyətə malik olduğunu qəbul etməliyik.
Əsas addım hüquqi tərcümənin mürəkkəb iş olduğunu qəbul etməkdir və o yalnız peşəkarlar tərəfindən edilə bilər. Şirkətlər səhvə yol verə bilməzlər belə ki, ən kiçik səhv belə şirkətin imkanlarından istifade edən məhkəmə prosesində və hüquqi araşdırmada böyük zərərlərə səbəb ola bilər.